Rusiya hərbi təyyarəsi qəzaya uğradı – 2 PİLOT ÖLDÜ

    21

    Hurriyyet.org xəbər verir ki, “Skay Nyus” telekanalının verdiyi məlumatda bir rus hərbi təyyarəsinin Suriyanın Cəbələ bölgəsində qəzaya uğradığı deyilir.

    Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə, Xmeymim bazasından havaya qalxan hərbi təyyarənin qısa müddət sonra Aralıq dənizinə düşdüyü, pilotların hər ikisinin həlak olduğu, təyyarəyə hücum edilmədiyi, təyyarənin mühərrikinə quşların düşə bilməsi səbəbindən qəzaya uğraya biləcəyi bildirilir.

    Lazkiye rayonunda yerləşən Xmeymim, Rusiyanın Suriyadakı hava hücumlarını idarə elədiyi ana mərkəz bazasıdır.

    Hurriyyet.org