Rusiya Ermənistana MiQ-29-lar göndərdi

    15

    Rusiya Ermənistandakı Erebuni aviabazasına MiQ-29 təyyarələri yerləşdirib.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

    Aviabazaya göndərilən təyyarələrin modernləşdirildiyi bildirilib.

    Bazaya nə qədər təyyarənin göndərildiyi açıqlanmayıb.