Rusiya Cənubi Koreyanın hava məkanını pozdu – 360 DƏFƏ ATƏŞ AÇILDI

    3

    Hurriyyet.org xəbər verir ki, Cənubi Koreya ordusu ölkənin hava məkanını pozan Rusiya hərbi təyyarələrinə qarşı yüzlərlə xəbərdarlıq atəşi açıb. Cənubi Koreyanın Müdafiə Nazirliyi Rusiya hərbi təyyarələrinin ölkənin hava məkanını ilk dəfə pozduğunu bildirib. Nazirliyin açıqlamasına görə, bu gün səhərin erkən saatlarında Koreyanın hava müdafiəsi məkanına (KADIZ) üç Rusiya hərbi təyyarəsi qanunsuz şəkildə daxil olub, təyyarələrdən biri hava məkanını iki dəfə pozub. Açıqlamada Çin hərbi təyyarələrinin də KADIZ zonasına daxil olduqları bildirilir. Cənubi Koreya hökumətinin hava məkanının pozulması ilə bağlı rəsmi şikayət edəcəyi bildirilir.

    Bu gün yerli vaxtla saat 09.00-dan sonra Rusiya təyyarəsi Cənubi Koreyanın işğal elədiyi və eyni zamanda Yaponiya tərəfindən tələb edilən Dokdo adasının üzərindəki hava məkanına da daxil olub.

    Cənubi Koreyanın Baş Qəragahından verilən məlumatda Rusiyanın təyyarəsinin A-50 xəbərdarlıq və nəzarət təyyarəsi olduğunu, Cənubi Koreyanın cavab olaraq F-15 və F-16 təyyarələrini göndərdiyini, bu qırıcıların rusiyalılara xəbərdarlıq məqsədilə 360 mərmi atdıqlarını bildirib.

    Xəbərdarlıq atəşindən sonra Cənubi Koreya hava məkanını tərk edən təyyarələrin 20 dəqiqə sonra yenidən hava məkanını pozduqları və təyyarələrə yenidən xəbərdarlıq atəşi açıldığı bildirilir.

    Rusiya Müdafiə Nazirlyi rus təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozduqlarını və Cənubi Koreya qırıcılarını təhdid edən təhlükəli manevrlər etdiklərini inkar edib.

    Hurriyyet.org