Rusiya cəbhə bölgəsində təhlükəli PLANI İŞƏ SALIR – Ekspertlər bütün DETALLARI AÇDI

    18

    Bu gün Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası”na (“DXR”) Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 78-ci humanitar konvoyu çatır. Bu barədə “DXR”dən bildiriblər. Vurğulanıb ki, söhbət 288 ton yükdən gedir. Ukrayna tərəfi də humanitar yardım adı altında Donbasa növbəti silah partiyasının çatdırıldığını iddia ediblər.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər Rusiyada futbol üzrə dünya çempionatının tamamlanmasından sonra Donbasda münaqişənin eskalasiyası ssenarisini tamamilə ehtimal hesab edilər.

    “Münaqişənin kəskinləşməsi tamamilə ehtimal edilir. Düzdür, bu, genişmiqyaslı hücum hərəkətləri ilə ifadə edilməyəcək, sadəcə atəşin sayı olacaq. Birincisi, kəskinləşməni dayandıran səbəb (futbol üzrə dünya çempionatı – red.) həqiqətən yox olur. İkincisi, 2019-cu ildə növbəti qaz müqavilələrinin imzalanması ilidir və Rusiya öz şərtlərini diktə etməyə çalışacaq. Həm qaz müqavilələri, həm də Minsk razılaşmalarının siyasi hissəsinin icrası üzrə təzyiq davam etdiriləcək”, – hərbi ekseprt Oleqa Jdanov bildirib.

    Hərbi ekspert Aleksey Arestoviçin fikrincə, Kreml qısamüddətli perspektivdə ciddi fəallığa hazır deyil. Bundan başqa, o qeyd edir ki, bu, Moskva üçün əlverişsizdir:

    “DXR” və “LXR”-dəki (“Luqansk Xalq Respublikası” – red.) “ordu korpusları” döyüş hərəkətlərinə 50 faiz hazırdır. Münaqişənin kəskinləşməsi halında Rusiya qoşunlarını daxil etmək lazımdır. Dünyanın bütün kəşfiyyatları bu faktı qeydə alacaq və xalq president Pyotr Poroşenkonun ətrafında birləşəcək. Çünki, müharibədən gizlənmək üçün sadəcə yer yoxdur. Rusiyanın son seçimi Ukraynaya tammiqyaslı müdaxilə və ya infrastruktur obyektlərinə qanadlı raketlərlə zərbədir. Amma bunun üçün çox ciddi səbəb lazımdır”.

    Bundan başqa, futbol çempionatından sonra Rusiyanı hücum hərəkətlərindən saxlayan yeni səbəb yaranır.

    “Eskalasiya, əlbəttə, mümkündür. Amma çempionat bitdikdən sonra Trampla Putinin görüşə hazırlıq mərhələsi başlayır. Düşünmürəm ki, Putin Amerika prezidenti ilə görüşə kimi Ukrayna kartını oynamaq istəyəcək”, – Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, general-leytenant İqor Romanenko deyib.

    Nəzəriyyədə Tramp-Putin görüşünün nəticəsi Kremli Ukrayna barəsində öz siyasətini təkrar gözdən keçirməyə məcbur edə bilər. Lakin, Arestoviç əlavə edir ki, rusiyalılar Ukraynada keçiriləcək prezident seçkiləri (2019-cu ildə keçirilməlidir – red.) “sülh partiyası”nı aktivləşdirə bilərlər. Onun sözlərinə görə, “sülh partiyası”na hakimiyyətin müflisliyi haqqında danışmaq üçün səbəblər lazımdır.

    “Və bunun üçün lazımdır ki, Ukrayna hərbçilərinin hansısa sayı həlak olsun”, – hərbi ekspert deyib.

    Öz növbəsində, Milli Strateji Tədqiqatlar İnstitutunun Dneprovski filialının direktor müavini Aleksey İjak bildirir ki, Rusiya Ukraynada, xüsusi halda, Donbasda vəziyyəti istənilən üsullarla kəskinləşdirəcək:

    “Seçkilər yaxınlaşdıqca vəziyyət daha isti olacaq. Düzdür, əvvəlcə növbədə Moldovadır. Orada payıza seçkilər təyin edilib və müəyyən texnologiyalar yoxlanılır. Düşünmürəm ki, çempionatdan dərhal sonra vəziyyət kəskin pisləşəcək. Kremlə əvvəlcə özünün daxili məsələlərini həll etməlidir. Amma sonra Ukraynada vəziyyət tədricən kəskinləşdiriləcək. Yeri gəlmişkən, bu, yalnız Donbas bölgəsi və hərbi üsullarla vacib deyil, həm də terror üsulu işə salına bilər”.