RUSİYA AYDA BAZA QURMAĞA HAZIRLAŞIR

    18

    Hurriyyet.org xəbər verir ki, Rusiya 2036-2040-cı illərdə Ayda tammiqyaslı baza qurmağa hazırlaşır. Məlumatı “Roskosmos” ilə Rusiya Elmlər Akademiyasının Kosmos üzrə şurasının birgə iclasının materillarına istinad edən “RİA Novosti” agentliyi yayıb.

    Sənəddə deyilir ki, Aydakı bazada iş “iritonnajlı yüklərin aparılmasından və Aydakı poliqonlarda müxtəlif elmi eksperimentlər keçirilməsindən” başlayacaq. Bazada kosmonavtların həyat təminatı və radiasiyadan müdafiə sistemlərinin qurulması nəzərdə tutulur. Bazanın ətrafında astronomik observatoriya qurmaq planlaşdırılır.

    Maksimal işıqlanma zamanına, Yerlə daimi radiodalğa əlaqəsinə görə bazanı Ayın cənub tərəfində qurmaq planlaşdırılır.

    Cümə axşamı günü bildirilib ki, 2025-ci ilin axırında Ay orbitində Rusiya milli stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

    Hurriyyet.org