Rusiya hava yolları iyulun 8-dək Gürcüstan istiqamətində sərnişin daşımalara bilet satışını dayandırıb.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, "Smart", "Pobeda", "Red Drive" və "This 7" aviaşirkətləri artıq Gürcüstan istiqamətində bilet satışı icra etmirlər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstan istiqamətində uçuşların iyulun 8-dək dayandırılması haqqında fərman imzalayıb.