RUSİYA: “ABŞ-ın varlığı Suriyanın bütövlüyünə qarşı təhdiddir”

    18

    Hurriyyet.org xəbər verir ki, Rusiya pprezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandır Lavrentyev ABŞ-ın Suriyada dövlətdən icazəsiz hərbi baza qurmasını tənqid edərək deyib: “Xüsusilə də PKK/PYD terror təşkilatı ilə əməkdaşlıq ümumilikdə Suriyanın ərazi bütövlüyü üçün təhdid yaratmaqdadır”.

    Lavrentyev təminatçı ölkələrin Astanada keçirilən 11-ci görüşünün ardından mətbuat konfransı keçirib.

    ABŞ-ın Suriyadakı hərbi varlığına etirazını bildirən Lavrentyev deyib: “Hazırda ABŞ Suriya torpaqlarında yerləşib. O regionda İŞİD kimi təşklatlar da vardır. Hətta müxalifətçilər belə ABŞ-ın varlığını istəmədiklərini aşkar şəkildə bildirdilər. ABŞ qüvvələrinin Suriyanın ərazi bütövlüyünə təhdid olduğunu düşünürlər. Bunlar müzakirə edildi. ABŞ-ın bazalar qurduğunu görürük. Xüsusilə də PKK/PYD terror təşkilatı ilə əməkdaşlıq ümumilikdə Suriyanın ərazi bütövlüyü üçün təhdid yaratmaqdadır”.

    Lavrentyev PKK təşkilatının danışıqlarda iştirakı barəsində belə deyib: “Türkiyə PKK-nı öz milli təhlükəsizliyinə təhdid olaraq görməkdədir. Əlbəttə, danışıqlarda iştirakını qəbul edə bilməz. Biz kürdlərin başqa təmsilçilərinin danışıqlar prosesində iştirak eləmələrini istəyirik”.

    Lavrentyev dünənki açıqlamasında da ABŞ-ın İŞİD ilə mübarizə adı altında YPG/PKK terror təşkilatına dəstəyini tənqid eləyərək, “1500 nəfərə yazın İŞİD terrorçusu ilə mübarizə üçün 60 000 nəfərlik YPG/PKK təşkilatına verilən dəstəyin” arxasında ABŞ-ın Suriyadakı varlığını qanuniləşdirmək istəyinin olduğunu söyləmişdi.

    “Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalı yoxdur”

    Lavrentyev Rusiya mətbuatına açıqlamasında deyib: “Astana danışıqlarının təminatçılarından olan Türkiyə Suriyanın ərazi bütövlüyü və müstəqillik prinsiplərinə sədaqətini bəyan edir. Suriya torpaqlarındakı hərbi birliklərinin burada müvəqqəti olduqlarına təminat verir. Türkiyənin vədini yerinə yetirəcəyinə ümid edirik. Regionda sabitlik bərqərar olduqda, Türkiyənin öz hərbçilərini oradan çıxaracağına inanırıq. Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalı yoxdur”.

    Hurriyyet.org