Rusiya yeni koronavirus peyvəndini sınaqdan keçirdi! Prezident Putinin qızının üzərində

99

 

Hurriyyet.org xəbər verir ki, Rusiyanın yeni tipli koronavirusa qarşı ilk vaksininin Rusiya prezidenti Vladimir Putinin qızının üzərində sınaqdan keçirildiyi xəbəri yayılıb. Prezident qızının özünü yaxşı hiss elədiyini bildirib.

Bu gün Nazirlər Kabinetində iclas keçirən Putin yeni tipli korondavirusa qarşı qeydiyyatdan keçirilmiş ilk Rusiya peyvəndinin güclü antitel və hüceyrə immuniteti formalaşdırdığını söyləyib. Putin deyib: “Mən özüm də bunu yaxşı bilirəm. Çünki qızlarımdan birinə bu peyvənd vurulub.

Məncə, bu baxımdan o, eksperimentdə iştirak eləmiş sayılır”.

Putinin sözlərinə görə, peyvəndin vurulduğu gün qızının qızdırması 38 dərəcə, ertəsi gün isə 37 dərəcədən azca artıq olub.

“Vəssəlam, ikinci iynədən, ikinci peyvənddən sonra da temperaturu azacıq qalxdı, sonradan tamamilə düşdü. İndi özünü yaxşı hiss edir və antitelləri yüksəkdir”.