Rusiya XİN: Belarusda saxlanan Rusiya vətəndaşlarının günahı sübut edilməyib

66

“Belarusda saxlanan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

“Bunun ətrafında qurulan tamaşaya gəldikdə isə, biz imkan vermərik ki, onları incitsinlər. Bunu Minskdə gözəl bilirlər”, – deyə, M. Zaxarova vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir.