Rusiya Xarici İşlər Nazirliyi Ayasofya ilə bağlı açıqlama verdi

177

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyədə yerləşən Ayasofiya məbədinin statusu ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir: “Ayasofyanın statusu ilə bağlı veriləcək qərarda onun dünya üçün əhəmiyyətinin nəzərə alınacağına ümid edirik”.

Bəlli olduğu kimi, Ayasofya Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəddir.

Türkiyə Ali Məhkəməsi Ayasofyanın məscidə çevrilməsi qərarı ilə əlaqədar bütün hüquqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verib.

Türk hakimlər Kamal Atatürkün 1934-cü il tarixli Ayasofyanın bir muzey statusu ilə bağlı qərarının qanuni olduğunu qüvvədə saxlayıblar, lakin hazırkı dövlət başçısının onu dəyişdirmək və ya dəyişdirməmək barədə qərar vermək hüququna sahib olduğunu təsdiq ediblər.

Məhkəmə zamanı Qədim Abidələr və Ətraf Mühitin Dəstəyi Dərnəyi Kamal Atatürkün 1934-cü il fərmanındakı imzanın əsl və ya saxta olub olmadığını da araşdırıb. Yalnız bundan sonra Ali Məhkəmə Ayasofyanın muzey statusunu qorumaq üçün qanuni bir qərar olduğunu qəbul edib, lakin prezident sərəncamının onu dəyişdirmək üçün yetərli olduğunu qərara alıb.

Hökumətyönümlü mətbuat müsbət bir təklif olacağı təqdirdə, ilk duanın 15 İyulda – uğursuz çevriliş cəhdinin dördüncü ildönümünü günündə ediləcəyini ehtimal edir.

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. CNN telekanalıının məlumatına əsasən, dinləmələr 15 dəqiqə sürüb. DŞ rəsmi qərarını 15 gün ərzində elan edəcək.

Hurriyyet.org