Rusiya Xankəndində nə tikir? Kubmetrlərlə taxta-şalban gətirir

459

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi Qarabağ ermənilərinə yeni humanitar yardım karvanı göndərib.

Ümumilikdə Dağlıq Qarabağa 35 vaqon dolusu humanitar yardım gətirildiyi bildirilir.

RF FHN açıqlamasında deyilir: “Rusiyadan 35 vaqon humanitar yardım Dağlıq Qarabağın zərər çəkmiş rayonlarına yola salınıb. Bu, ən böyük yük partiyasıdır”.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, indiyə qədər doqquz vaqon və 5 dəmiryolu platformasının yükü – 250 tondan artıq mal boşaldılıb. Bu, 10 dizelgenerator, 5 yanğınsöndürmə avtosisterni, dörd UAZ yüngül minik avtomobili, 280 kubmetr taxta-şalban və 35 min məişət avadanlığıdır.