Rusiya və Türkiyə Qarabağ üzrə Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqları bu gün davam etdirəcək

192

Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək”, – “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir.