Rusiya və Qərb arasında yeni soyuq müharibə – SİVİLİZASİYALARIN TOQQUŞMASI…

126

Samuel Hantinqtonun post-ideoloji dünyada beynəlxalq birliyin sivilizasiyalar toqquşması ilə daha dərin səviyyədə bölünəcəyinə dair  fundamental baxışın çoxları gözləməsə də təsdiqlənəcəyi görünür.

Sovet İttifaqı dağıldıqdan qısa müddət sonra “Foreign Affairs” jurnalında Harvard Universiteti politoloqunun fikri İslam dünyası ilə Qərb sivilizasiyası arasında qaçılmaz qarşıdurma olacağına inananlar tərəfindən qəbul edildi. Hantinqtonun özünün də bu barədə həddən çox danışdığını nəzərə alsaq bu heç də sürpriz deyildi. Ancaq hörmətli alim, bir minillikdə var olan və ən azından xristianlıq və İslam arasındakı rəqabət qədər taleyüklü ola bilən digər bir sivilizasiya toqquşması haqda çox az danışdı. Pravoslav Xristianlıq və Batı Xristian Dünyası arasındakı bölünmədir-iki tam fərqli mədəniyyət. İndi Rusiya Hərbi Akademiyasının müxbir üzvü, şərhçi Aleksandr Bartoş açıqca bildirir ki, sivilizasiyalar toqquşması soyuq müharibənin taleyini həll edəcək(svpressa.ru/politic/article/279317/). Əgər soyuq müharibə əvvəllər ideloji rəqabətə əsaslanırdısa, indi baş verən mədəniyyətlər savaşıdır. O və başqaları münasibətlərin bu cür şəkillənməsində Qərbi günahlandırırlar, çünki Qərb Moskvaya öz nüfuz dairəsində hesab etdiyi torpaqlarda güzəştə getmədi. Onun nöqteyi nəzərindən Qərb anlamalıdır ki, Qərb və pravoslav ölkələri fərqli məfhumlardır və onları dəyişməyə çalışmamalıdır. Bu həftə “Valday” klubunda çıxış edən Putin rus ənənəvi dəyərlərini öz siyasi baxışının mərkəzinə qoydu və bildirdi ki, bu gün dünya büyün Yer kürəsi və insanlar qarşısında olan ümumi mənəvi dəyərlərdən əziyyət çəkir. Putinin fikrincə Qərb yolundan çıxdığı vaxt Rusiya öz baxış bucağını yenidən qurur. 30 il əvvəl Mixail Qorbaçov Soyuq Müharibənin başa çatdığını elan edəndə sabiq Sovet blokunun insanları və Qərb Marsist-Leninizm ideologiyasından daha yaxşı gələcək uğrunda imtina etdiklərini sandılar. Bu ümidləri Qərb yox Putin kimi liderlər sındırdı və bu bölünmə soyuq müharibə zamanı olan ideoloji toqquşmadan daha dərindir. Heç bir siyasi lider və diplomat onu aşa bilməyəcək.

Müəllif: Pol Qobl

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA