Rusiya Türkiyədən “KALKA” dron hücumundan mobil müdafiə sistemləri almağa hazırlaşır

87

Hurriyyet.org xəbər verir ki, Türkiyənin dron və PUA təhdidinə qarşı istehsal edilən “KALKA” adlı yerli mobil “erkən xəbərdarlıq hava müdafiəsi” sistemi ölkədaxili qüvələrin istifadəsinə verilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin icazəsi daxilində xaricə satışların da həyata keçiriləcəyi və ilkin tələbin Rusiyadan olduğu bildirilib.

Xəbər verdiyimiz kimi, ABŞ ordusunun generalı Ceyms Makkonvill “Army Times” nəşrinə müsahibəsində deyib: “Dağlıq Qarabağdakı döyüş əməliyyatlarında Pilotsuz Uçuş Aparatlarından fəal istifadə Amerika Silahlı Qüvvələrində modernləşdirmə işlərinin aparılmasının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin mühümlüyünü göstərir”.

Makkonvill hesab edir ki, Qarabağda gedən döyüşlər dronları məhv eləmək üçün hava hücumundan müdafiə sistemləri hazırlamağın prioritet olacağını nümayiş etdirir.