Rusiya təyyarələri Suriyada müxaliflərin təlim düşərgəsini vurub

36

Hurriyyet.org xəbər verir ki, Rusiya təyyarələri İdlibdə mülayim müxalifətin təlim düşərgəsini vurub, çox sayda müxalifətçi həlak olub.

Hərbi müxalifət mənbələrindən əldə edilən məlumata görə, İdlibin qərbindəki Duveyle kəndində yerləşən Suriya Milli Ordusu qüvvələri Dəməşq qüvvələri tərəfindən havadan vurulub, həlak olanlar çoxdur.

Mənbələr hücum edən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu bildirirlər.