“Rusiya tərəfindən yeni təkliflər var” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

144

“Çavuşoğlu Azərbaycana artan təzyiqləri neytrallaşdırmaq və əməliyyatların davam etdirilməsi üçün Bakıdadır”

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya gəlişi Qarabağ məsələsində cərəyan edən diplomatik və hərbi müstəvidə proseslərlə bağlıdır”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Mövlud Çavuşoğlu ilə telefon danışıqları apardığını xatırladan politoloqun sözlərinə görə, ortada yeni təkliflər var: “Rusiya tərəfindən yeni təkliflər var. Lakin bu, heç də atəşkəsin dayandırılması ilə bağlı deyil. Təkliflər qalib tərəf kimi, Azərbaycan üçün məqbul olunması istiqamətində XİN səviyyəsində danışıqların getməsi istisna deyil. Çavuşoğlu Azərbaycana artan təzyiqləri neytrallaşdırmaq və əməliyyatların davam etdirilməsi üçün Bakıdadır. Çünki atəşkəs hazırkı məqamda regionda Türkiyənin, həmçinin Azərbaycanın maraqlarına uyğun deyil. Eks-həmlə əməliyyatları davam edəcək və Azərbaycan bir neçə rayonu işğaldan azad edəcək. Proseslər bunu diktə edir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org