“Rusiya sülhməramlılarının missiyası təkcə erməniləri Xankəndinə gətirib yerləşdirmək deyil” – DAA PREZİDENTİ

753

“Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb. Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda statusla bağlı heç bir qeyd də yoxdur”

Bunu Hurriyyet.org-a açıqlamasında Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev bildirib. O, Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunmasının qəbuledilməz olduğunu deyib:

“Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb. Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda statusla bağlı heç bir qeyd də yoxdur. Lakin bununla belə Rusiya rəsmilərinin bəyanatlarında Dağlıq Qarabağın gələcək statusları ilə bağlı fikirlərə rast gəlinir. Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağdakı separatçı rejimin bayrağı nümayiş olunur. Rusiya sülhməramlılarının missiyası təkcə erməniləri Xankəndinə gətirib yerləşdirmək deyil. Eyni zamanda, Qarabağdan qaçqın düşmüş məcburi köçkünlərin doğma torpaqlarına gətirilməsi və onlara şərait yaradılması missiyası həyata keçirilməlidir. Birtərəfli missiya ola bilməz. Sülhməramlı missiyasına daxil edilmiş əsgərlər tərəfkeşlik etməməlidir. Nəzərinizə çatdıraq ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə hücumu Dağlıq Qarabağda atəşkəsin sülh ruhunu pozur.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında qondarma rejimin bayrağının nümayiş etdirilməsindən təssüfümüzü bildiririk. Bu cür halların baş verməsi heç də təsadüf deyil. Təxribat məqsədiylə atılmış bu cür addımlar cəmiyyətə mesaj verir. Dünya Azərbaycanlıları Assambleyası olaraq bir daha nəzərinizə çatdırırıq ki. Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb”.

YƏHYA