Rusiya sülhməramlıları Xankəndində və Ağdərədə hərbi təlimlərə başlayıb – VİDEO

306

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Xankəndi və Ağdərə poliqonlarında döyüş hazırlığı üzrə planlaşdırılmış təlimlərə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, döyüş hazırlığı təlimləri zamanı hərbçilər avtomat və pulemyotlardan, snayper tüfənglərindən, eləcə də “BTR-82A” zirehli texnikasından müxtəlif növ nişanlar üzrə atəş açıblar. Rusiya hərbçiləri həmçinin döyüş əl qumbaralarının atılması üzrə tapşırıqları yerinə yetiriblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilərin müşahidə postlarında daimi növbə çəkməsinə baxmayaraq, kontingentin komandanlığı döyüş hazırlığının əsas növləri üzrə təlimlər planlaşdırıb. Plana taktiki, taktiki-xüsusi, atəş, eləcə də hərbi maşınların və digər növ xüsusi avtomobil texnikasının idarə olunması daxildir.

Ümumilikdə təlimlərə 200-dək hərbçinin, 20-dən artıq hərbi və xüsusi texnikanın cəlb olunduğu bildirilir.

“AzPolitika.info”