Rusiya sülhməramlıları Xankəndinə 11 min nəfərdən artıq erməni gətirib

249

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, rus sülhməramlılarının səyləri nəticəsində 14 noyabr tarixindən bəri Xankəndinə 11 min nəfərdən artıq erməni yerləşdirilib.

Rusiya MN-in məlumatına görə, sülhməramlılar yerli hakimiyyətə yaşayış şəraitinin yaxşılaşdırılmasında kömək edirlər: sülhməramlıların mühəndis bölmələri yol hərəkətini bərpa eləməyə, sosial obyektlərin və yaşayış evlərinin elektrik, su və istilik sistemi ilə təmin edilməsinə kömək edirlər, Rusiya sülhməramlılarının patrulları isə ucqar yaşayış məntəqələrinə ilkin ehtiyac məhsullarını və ərzaqları daşıyan avtonəqliyyatı müşayiət edirlər.

Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əsasını Rusiya Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadası təşkil edir.