Rusiya sülhməramlıları Qarabağda

189

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb

Noyabrın 10-da Azərbaycanın qazandığı ardıcıl zəfərlərdən sonra Ermənistan ağ bayraq qaldırmağa məcbur oldu. Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə ərazi bütövlüyümüz tanındı və erməni silahlı qüvvələrinin həmin əraziləri tərk etməsi əsas şərt kimi qoyuldu.

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib: “Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır”.

Elə bu səbəbdən noyabrın 10-da gecə ilə Ermənistanda çaxnaşma başlayıb. Etirazçılar parlamentin önünə yürüş edib. “SputnikArmenia”nın verdiyi xəbərə görə, parlamentin spikeri Ararat Mirzoyan döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir, baş nazir Nikol Paşinyandan istefa verməyi tələb ediblər. qəzəbli kütlə parlamentin binasına daxil olub.  Noyabrın 10-da gün ərzində də Ermənistanda parlament binasının qarşısında etiraz aksiyası keçirilib.  PA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, etirazçılar parlament binası boyu uzanan Bagramyan prospektini bağlayıblar.  Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.

Court ruled to detain Mikael Minasyan - Public TV news

Ermənistanın keçmiş səfiri Mikael Minasyan Paşinyanı lənətləyib. “Trend”in məlumatına görə, o, artıq imzaların atıldığını bildirib: “Nikol Paşinyan xalqa yalan danışdı. Lənət olsun sənə, Nikol. İmzalar atıldı. 7 rayon verilir. Şuşa verilir. Hadrut, Ağdərə və Xocavəndin geri alınması haqqında heç bir maddə yoxdur. Artsax Respublikasının gələcəyi haqqında heç bir cümlə yoxdur. Erməni xalqının orada yaşaması ilə bağlı heç bir cümlə yoxdur. Ordumuz 44 gün boyunca döyüşdü. Nikol Paşinyan xalqa yalan danışdı”.

Ermənistanda siyasi partiyaların əksəriyyəti baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

 “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi İveta Tonoyan da Paşinyanın istefasını tələb edib. Etirazçılara qoşulan Tonoyan deyib: “Bu gün bizim tariximizin ən rüsvayçı səhifəsi yazılıb. Bir neçə saat əvvəl ”Çiçəklənən Ermənistan” və bir sıra partiya baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bütün bu olanlardan sonra Paşinyanın edə biləcəyi ən az şey istefa ola bilər”.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabağda müharibədə təslim olmasından sonra paytaxt İrəvanın küçələrində etiraz edənləri onlara divan tutacağı ilə hədələyib.  Paşinyan xalqa müraciətində bildirib ki, İrəvandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq: “İrəvanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, bütün səbəbkarlar qanunun sərt tələbləri ilə cəzalandırılacaq”.

Qondarma “dqr” rejiminin rəhbəri  Arayik Arutunyan da səssiz qalmayıb, o bildirib ki, yaşadıqları bu məğlubiyyətə görə son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir.

Arutyunyan: “Qarabağdakı hərbi uğurzusluqlar bizi bu sənədi imzalamağa  məcbur etdi” | KONKRET

Arutyunyanın sözlərinə görə, son onilliklərin bütün liderləri orduda bu cür problemlər yaşadığımız üçün cavab verməlidirlər: “Hər kəs bu sonun qaçılmaz olduğunu dedi. Döyüşmək üçün vəsaitimiz və gücümüz qalmamışdı”.

Qeyd edək ki, Ermənistanda bu proseslər gedərkən, Azərbaycanın dövlət başçısı qələbə ilə bağlı müxtəlif qurumlardan, xalqdan, o cümlədən qonşu dövlətlərdən təbriklər almaqdadır.

Pis günlər bitdi, bu gün zəfər günüdür"- Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yazır ki, 30 il əvvəl yaşanan acılar bu gün başa çatır: “Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı. Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir. ”Pis günün ömrü az olar”. Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun!”

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

 Fəzail Ağamalı

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın qələbəsini və Ermənistandakı vəziyyəti qiymətləndirərkən bildirdi ki, hazırda Azərbaycan qalib ölkədir, Ali Baş Komandan, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz böyük zəfər qazandı: “İgid əsgər və zabitlərimiz bizə və gələcək nəsillərə, böyük qələbə və sevinc yaşatdı, dövlətçilik və hərb tariximizdə uğurlu səhifələr yazdı. Ən müxtəlif istiqamətlərdən, platformalardan dövlətimizə, Prezidentimizə qarşı təzyiqlər var idi. Dünya səviyyəli KİV-lərin öyrədilmiş müxbirləri Prezidentimizdən müsahibə alarkən görürdük ki, bizə qarşı nə qədər qərəz və ədalətsizlik var. Bütün bunların qarşısında Ali Baş Komandanımız yenilməz bir sərkərdə kimi dayandı. Həm döyüş cəbhəsində, həm informasiya cəbhəsində, həm də siyasi-diplomatik müstəvidə. Xalqımızın inamına, dəstəyinə arxalanan Prezidentimiz böyük iradə nümayiş etdirdi və Ali Baş Komandan kimi cəbhədə ordumuzla bərabər bu uğurlara imza atdı. Beynəlxalq səviyyədə üzərimizə gələn təzyiqlərin qarşısını da böyük mətanətlə, soyuq ağıl və dərin məntiqlə aldı”.  Deputatın sözlərinə görə, Azərbaycan Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, mənəvi məbədimiz olan Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Xocalının, Xocavəndin, Ağdərənin çoxsaylı kəndlərini alaraq ərazi bütövlüyünü bərpa etdi: “Dünən 72 kəndin azad olunmasını açıqlayan prezident dedi ki, erməninin son əsgəri məhv olana qədər döyüşəcəyik. Bu qətiyyət qarşısında düşmən diz çökdü, ağ bayraq qaldırdı və diletant bir baş nazir beynəlxalq səviyyəli oyunçu qarşısında zəlil günə düşdü. Ölkə Prezidentinin Füzuli döyüşlərindən sonra dediyi kimi, ”qrafiki ver və rədd ol çıx get” çağırışlarına nəhayət cavab verildi, Kəlbəcər, Laçın və Ağdam dekabrın 1-ə qədər işğalçı tör-töküntülərdən təmizlənir, bir əsgərimizin burnu qanamadan torpaqlarımıza qovuşuruq. Bu möhtəşəm qələbədir. Gələcəkdə tarixçilər bununla bağlı çox ciddi əsərlər ortaya qoyacaqlar. Biz qalibik, döyüş cəbhəsində erməniləri əzmişik, milli mənliyimizi, qürurumuzu özümüzə qaytarmışıq.  Başımız ucadır, siyasi-diplomatik müstəvidə də qalibik. Həmin protokol birmənalı şəkildə Azərbaycanın üstünlüyünü təsbit edir. Heç kimin buna şübhəsi olmasın”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”