“Rusiya Şoyqunu ona görə Bakıya göndərdi ki, Azərbaycanı sakitləşdirsin” – POLİTOLOQ

120

Şoyqunu ona görə Bakıya göndərdilər ki, Azərbaycanı sakitləşdirsinlər. Rusiyanın Müdafiə naziri Şoyqu da yalandan açıqlama verdi ki, guya Ermənistana daşınan hərbi yüklər deyil, Rusiya hərbi bazalarına daşınan inşaat texnikalarıdır. Əgər, hərbi texnika daşınmasaydı, dövlət başçısı bu məsələni Putinlə danışmazdı”.

Bunu Hurriyye.org-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib. O, Rusiyanın  Azərbaycanı yenə uzun bir danışıqlara cəlb etmək istədiyini bildirib:

“Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşündən müsbət gözləntilərim olmadı. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı fikir söyləmədi. Düzdür, Azərbaycanı strateji tərəfdaş adlandırır. Eyni zamanda, regional layihələrdən də danışdı. Amma, mərhələli həll planından və işğal altında olan torpaqların boşaldılması haqqında heç bir söz demədi. Bu o deməkdir ki, köhnə siyasətləri indi də davam edir. Hətta, Azərbaycana və Türkiyəyə hədə-qorxu da gəldi. Bildirdi ki, MİNSK Qrupunun formatının dəyişdirilməsi yolverilməzdir. MİNSK Qrupunun formatının dəyişdirilməsini biz də istəyirik. Çünki, hazırki formatın münaqişənin həllini sürətləndirmir. Biz istəyirik ki, Türkiyə də münaqişənin həllində fəal olsun. Sergey Lavrov da bildirir ki, format dəyişdirilə bilməz. Belə yanaşmayla aydın olur ki, münaqişənin həllində irəliləyə bilməyəcəyik. Xatırladım ki, 2016-ci ildə Aprel döyüşləri zamanı da eyni hadisələr baş verdi. Döyüşlərdən sonra, bizə Moskvadan təzyiqlər oldu və atəşkəs yenidən elan olundu. Həmin ərəfələrdə Lavrov bildirdi ki, guya münaqişənin həllini sürətləndirəcəklər. Dörd il keçib və heç nə dəyişməyib. Hazırda da Azərbaycanı uzun bir danışıqlara cəlb etmək istəyirlər. Bu da bizim maraqlara xidmət etmir. Yalnız Rusiya və işğalçı Ermənistanın maraqlarına xidmət edə bilər. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri də bizi sakitləşdirmək məqsədi daşıyırdı. Çünki, dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında açıq söylədi ki, sərhəddəki son insidentdən sonra, Rusiyadan Ermənistana hərbi təyyarələrlə 400 ton yük daşınıb. Hətta, bu söhbətlərdən sonra, həmin yüklər yenə də daşınırdı. Şoyqunu  da ona görə Bakıya göndərdilər ki, Azərbaycanı sakitləşdirsinlər. Rusiyanın Müdafiə naziri Şoyqu da yalandan açıqlama verdi ki, guya Ermənistana daşınan hərbi yüklər deyil, Rusiya hərbi bazalarına daşınan inşaat texnikalarıdır. Əgər, hərbi texnika daşınmasaydı, dövlət başçısı bu məsələni Putinlə danışmazdı”.

YƏHYA