Rusiya senatoru: “Bakıda keçirilən hərbi parad Cənubi Qafqazda yeni qüvvələr nisbətinin nümayişi idi”

468

“Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Qarabağda hərbi əməliyyatlarda mühüm rol oynayan türk zərbəçi pilotsuz təyyarələrinin iştirakı ilə keçirilən hərbi parad Cənubi Qafqazda yeni hərbi-siyasi reallığın nümayişi idi”.

Ovqat.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü, senator Aleksey Puşkov öz Telegram səhifəsində yazıb.

Senator hesab edir ki, paraddan sonra Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər avtomatik olaraq yenidən qurulmalıdır.

Azərbaycan qəti şəkildə Türkiyənin hərbi müttəfiqinə çevrilib və bu, artıq faktdır. Bakı Moskva ilə xüsusi münasibətlərini davam etdirəcək, lakin bundan sonra orada həmişə üçüncü tərəf — Ankara da olacaq. Bu, o deməkdir ki, Türkiyə Cənubi Qafqazda daimi hərbi-siyasi amil kimi möhkəmlənir ki, bu da regionda qüvvələr nisbətini dəyişir. Türkiyənin NATO ölkəsi olduğunu nəzərə alaraq bu, həm də NATO-nun regionda güclənməsi anlamına gəlir“, — deyə Puşkov qeyd edib.

Bir sözlə, ruslar nəhayət Azərbaycana qarşı ədalətsiz mövqeləri ilə Cənubi Qafqazı tamamilə itirmək ərəfəsində olduqlarının fərqinə varmağa başlayıblar.