Rusiya S-400-ləri işə saldı Yunanıstan hərəkətə keçdi

186

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Sinop rayonunda S-400 hava hücumundan müdafiə sistemlərini uğurla sınaqdan keçirməsinin ardından Yunanıstan hərəkətə keçib.

Yunan mətbuatı Afinanın 7 illik fasilədən sonra, bu ilin noyabr ayının əvvəllərində S-300 hava hücumundan müdafiə sistemlərini ikinci dəfə sınaqdan keçirməyə hazırlaşdığını yazıb.

Yunanıstan Rusiyadan aldığı S-300 hava hücumundan müdafiə sistemlərini ilk dəfə 2013-cü il 13 dekabr tarixində sınaqdan keçirmiş, Krit adasından Hanyadakı NATO poliqonuna atəş açmışdı.

S-300 sisteminin ikinci atışı üçün hazırlıqlar, ABŞ və Rusiya Xarici İşlər Nazirlərinin Yunanıstana ard-arda səfərləri ilə üst-üstə düşür. ABŞ XİN başçısı Mayk Pompeonun Selanik və Kritə səfəri ilə yanaşı, 26 oktyabr tarixində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Afinaya gedəcəyi gözlənilir.