Rusiya sərhədlərini qismən açır

45

Rusiya sərhədlərini qismən açır.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

O, hökumətin Rusiya vətəndaşlarının təhsil, iş, müalicə və xəstə qohumlarının yanına getməsi məqsədilə ölkədən çıxmasına icazə verdiyi açıqlayıb.

Baş nazirin sözlərinə görə, xarici vətəndaşların da Rusiyaya müalicəyə və xəstə qohumlarının yanına gəlməsinə icazə verilib.