Rusiya sərhədlərinə qoşun göndərilir? – İki prezident arasında şok müzakirə

87

Polşa Prezidenti Andrjey Duda ABŞ Prezidenti Donald Trampla Amerika hərbi qüvvələrinin Almaniyadan geri çəkilməsi məsələsini müzakirə edəcəyini söyləyib.

Polşa prezidenti iyunun 24-də Trampın dəvəti ilə Vaşinqtona səfər edəcəyini bildirib.

“Əlbəttə, cənab Prezident Donald Trampla Amerikanın daha sonrakı qərarları və planlarımız haqda danışacağıq. Prezident Trampın bir neçə gün əvvəl Almaniyadan çıxarılacaq qüvvələrin hansı istiqamətə köçürüləcəyini da müzakirə edəcəyik”, – Duda bildirib.

Bundan əvvəl Tramp Almaniyadakı ABŞ qoşunlarının sayını 25 min nəfərə qədər azaltmağı vəd edib. Polşanın Baş naziri Mateuş Moraveçki ümid edir ki, Birləşmiş Ştatlar öz qoşunlarının bir hissəsini Almaniyadan ölkəsinə köçürəcək.

Polşa tərəfinin bununla bağlı ABŞ-a müraciəti qonşu Rusiyanın siyasi dairələri tərəfindən etirazla qarşılanıb. \\Teleqraf