Rusiya rəsmisi “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi – ruslar ərazini minalardan təmizləyəcəklər

582

Rusiya separatizmi açıq-aşkar dəstəkləyir? Üçtərəfli müqavilə ilə qondarma “DQR” söhbəti bitmədimi?

Hurriyyet.org xəbər verir ki, Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi podpolkovnik Pavel Pautov jurnalistlərə bildirib: “Bu gündən etibarən minatəmizləyənlər ərazinin minalardan humanitar təmizləmə prosesinə başlayıblar. Birinci mərhələdə onlar gələcəkdə Rusiya hərbi kontingentinin stasionar postlarının qurulacağı ərazilərdə partlayıcıların olub-olmamasını yoxlayacaqlar…

Humanitar təmizləmə prosesi Dağlıq Qarabağ Respublikasının administrasiyasının müraciəti ilə edilir. Bu – təsərrüfat sahələri, şəxsi torpaq sahələri ola bilər. Mühəndis kəşfiyyatı isə Rusiyanın hərbi kontingentinin maraqları daxilində aparılır – həmin ərazilərdə bizin hərbi texnikamız irəliləyir”.