Rusiya qiyamçı generaldan əlini üzdü: “Həftər siyasət səhnəsindən gedəcək”

48

Hurriyyet.org xəbər verir ki, Rusiyanın rəsmi internet saytı olan “RİA Novosti” Liviyada qeyri-qanuni silahlı qüvvələrin lideri qiyamçı Həftərin “yaxın zamanda siyasi və hərbi arenadan silinəcəyi” barəsində proqnoz dərc edib.

Liviyanın Milli Barışıq Hökumətinin paytaxt Tripolidə nəzarəti ələ keçirməsindən sonra Rusiyanın ən nüfuzlu informasiya agentliyində Rusiya Ali İqtisadi Məktəbinin Milli Tədqiqat Universitetinin Beynəlxalq Siyasət və Beynəlxalq İtisadiyyat fakültəsinin şərqşünaslıq məktəbinin baş müəllimi Andrey Çuprıgin Liviyada qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Həftərin paytaxt Tripolini işğalının uğursuzluğa uğradığını, ölkənin qərbindəki bazalarını itirmiş Həftər üçün məsələnin bitdiyini bildirib.

“Həftər artıq onu dəstəkləyənləri də narahat edir”

Qiyamçı Həftərin Misir, BƏƏ və Səudiyyə Ərəbistanı kimi sponsorları üçün də artıq narahatedici fiqura çevrildiyini bildirən rus mütəxəssis deyib: “Onlar Həftərə vəsait xərclədilər, lakin nəticə əldə edə bilmədilər.  Artıq itkiləri dayandırmaq və qərar vermək vaxtıdır”.

“MBH Türkiyənin sayəsində güclü müqavimət göstərdi”

Milli Barışıq Hökumətinin Türkiyənin də dəstəyi sayəsində Həftər qüvvələrinə qarşı güclü müqavimət göstərdiyini vurğulayaraq deyib: “Həftər çətin vəziyyətdədir və bütün dəstəkçiləri ona arxasını çevirib. İkinci Qəddafi olmaq istəyirdi və 76 yaşında bu onun son şansı idi”. Çuprıgin Türkiyənin Şərqi Aralıq dənizində vəziyyətini möhkəmləndirmək şansına sahib olduğunu da diqqətə çatdırıb.

“ABŞ-a gedə bilər”

Rus mütəxəssis ən yaxşı halda Həftərin ABŞ-dakı ailəsinin yanına getməsinə icazə veriləcəyini güman etdiyini bildirib.

Hurriyyet.org