Rusiya qırıcıları şəhəri bombalamağa başlayıb

228

Hurriyyet.org xəbər verir ki, Rusiyanın hərbi təyyarələri İdlibin cənubunda, Cebel Zaviye bölgəsindəki Binin kəndinin ətrafında yerləşən dinc yaşayış məntəqələrini bombalamağa başlayıblar. Bu barədə Suriyadan xəbər verən mənbələr məlumat veriblər. İnsan itkisi olub-olmadığı hələlik bəlli deyil.

Cebel Zaviye rayonu İdlibin cənubunda müxalifətin nəzarətindəki son təmas xətti mövqeyindədir. Türkiyə bu yaxınlarda Cebel Zaviyede yeni bir baza inşa eləməyə başlayıb.