“Rusiya Qazaxıstanın ərazilərinə göz dikib” – XAQANİ CƏFƏRLİ

735

“Dumanın üzvü Vyaçeslav Nikonov qazaxların cənubda mövcud olduqlarını, Qazaxıstan ərazisinin böyük hissəsinin Rusiya və SSRİ tərəfindən bağışlandığını bildirib”

“Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü Vyaçeslav Nikonov bəyan edib ki, “Qazaxıstan (tarixən) mövcud olmayıb, şimal hissəsi ümumiyyətlə məskunlaşmamışdı”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, Nikonov qazaxların cənubda mövcud olduqlarını, Qazaxıstan ərazisinin böyük hissəsinin Rusiya və SSRİ tərəfindən bağışlandığını bildirib: “Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi rusiyalı deputatın iddialarını sərsəmləmə adlandırıb. Rusiyanın səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağrılaraq sərt etiraz bildirilib. Rusiyada isə Qazaxıstana ərazi iddiaları irəli sürənlərin sırası genişlənir. Buna görə də Rusyanın təhdidi ilə üzləşmiş Qazaxıstanla həmrəylik göstərək!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org