Rusiya Qarabağda: 46,7 min nəfərə yaxın erməni gətirildi, 23 müşahidə məntəqəsi quruldu

354

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, sülhməramlıların müşayiəti ilə Ermənistandan Qarabağa 46,7 min nəfərdən çox erməni gətirilib.

Dünən daha 265 nəfər erməni İrəvandan Xankəndinə gətirilib.

Rusiya Dağlıq Qarabağdakı ermənilər üçün səylə mülki infrastrukturları bərpa edir.

Həmçinin, Rusiya hərbçilərinin Dağlıq Qarabağda 23 müşahidə məntəqəsi qurduğu bildirilir.