Rusiya Qarabağ münaqişəsi zonasına rus sülhməramlılarını yeritməyi təklif etdi

105

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Sputnik, Komsomolskaya pravda, Qovorit Moskva radiolarına müsahibə verib.

Hürriyyet.org xəbər verir ki, Sergey Lavrov bildirib ki, atəşkəs sənədində göstərildiyi kimi, atəşkəsə nəzarət mexanizmi və təmas xəttində hərbi qüvvəni razılaşdırmaq üçün təcili görüşmək zəruridir. O, mülki obyektlərin, dinc vətəndaşların zərər çəkdiyi üçün atılan addım olduğunu  və daimi atəşkəs üçün açar rolu oynadığını vurğulayıb. Rusiya istisna etmir ki, rus hərbi müşahidəçiləri Dağlıq Qarabağda atəşkəsə nəzarət edən tərkibə daxil edilə bilmir.

“Danışıqlar unikal keçib. 11 saat keçən danışığa Vladimir Putin gecə nəzarət edirdi. Gecə yarısı 2 dəfə danışmışıq. Prosesin gedişinə Sergey Şoyuqu da qoşlulmuşdu. Belə ki, döyüşlərin dayandırılmasının elan olunması barədə razılaşdırmaq lazım idi. Atəşin dayandırılmasına nəzarət mexanizmi olmasa, barışığın elan olunması yetərli olmayacaq. İndi hələlik sülhməramlılar deyil, hərbi müşahidəçilər yetərlidir. ATƏT-in Minsk Qurupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün, ortaya qoyduğu təkliflər danışıqlar masasındadır”.

Sergey Lavrov, həmçinin qeyd edib ki, son günlər ərzində Rusiya prezdenti Vladimir Putin Bakı və İrəvandakı həmkarları ilə  bir neç dəfə əlaqə saxlayıb. Putin münaqişə tərəfləri ilə fikir mübadiləsi aparıb.