Suriya əməliyyatı Rusiyaya neçə milyarda başa gəlib? – PUTİNDƏN AÇIQLAMA

    3

    Rusiya prezidenti vurğulayıb ki, hərbi qüvvələrin Suriyadan çıxarılması planı barədə Bəşər Əsəd əvvəlcədən məlumatlandırılmışdı və plan razılaşdırılmışdı. Və Bəşər Əsəd də bu planı dəstəkləyib. Putinin sözlərinə görə, Suriya əməliyyatlarında qarşıya qoyulmuş vəzifə “terrorçularla mübarizə və onların Rusiya ərazisinə keçməsinin qarşısının alınması” olub. Və bu vəzifə əsasən yerinə yetirilib. “Biz əvvəlcədən birbaşa demişdik ki, Suriyadaxili münaqişəyə qarışmaq fikrimiz yoxdur”-Putin vurğulayıb.