Rusiya ordusunun generalı öldürüldü – SON DƏQİQƏ

78

Rusiya ordusunun generalı öldürüldü – SON DƏQİQƏ

Rusiyanın general-mayor rütbəsində olan baş hərbi məsləhətçisi Suriyada avtomobil karvanının partladılması zamanı həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, Rusiyanın daha iki hərbçisi xəsarət alıb. Hadisə Deyr əz-Zor yaxınlığında humanitar aksiyanın keçirilməsindən sonra avtomobil karvanının qayıtdığı zaman yol kənarında baş verib. Burada əldəqayırma partlayıcı qurğu işə düşüb.

General-mayor təcili evakuasiya edilib və tibbi yardım göstərib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, ölümündən sonra Dövlət Mükafatına təqdim edilib.

Müdafiə Nazirliyində həlak olanın ailəsinə bütün lazımi kömək göstərəcəklərini bildiriblər.(qafqazinfo)