Rusiya ordusunda 10 faizlik ixtisar gözlənilir

69

Rusiya Maliyyə Nazirliyi Rusiya ordusunda hərbi personal sayının 10% azaldılmasını təklif edib. Nazirlik təkliflərini Rusiya Federasiyası Təhlükəsizlik Şurasına göndərib.

“İzvestiya” qəzeti sənən istinadən Nazirliyin büdcəni optimallaşdırmaq üçün digər təklifləri arasında – pensiya üçün iş stajının artırılması, pensiyaların indeksləşdirilməsinin ləğvi və qida məhsullarına qənaət- təkliflərinin olduğunu bildirir.

Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən, Rusiya Silahlı Qüvvələrinin heyəti təxminən iki milyon nəfərdir – 1.902.758, bunlardan 1.013.628-i hərbi, qalanları mülki ixtisaslı hərbi qulluqçulardır. Maliyyə Nazirliyi həkimlərin, müəllimlərin, məmur kadrların, maliyyəçilərin, hüquqşünasların da ixtisar edilməsini və ya dövlət qulluğuna keçirilməsini təklif edir. Maliyyə Nazirliyi eyni tədbirləri Daxili İşlər Nazirliyi, Federal Penitensiar Xidmət və FSSP üçün də hazırlayıb.

Ülviyyə Şükürova