Rusiya nümayəndələri bu gün Ankarada Qarabağ məsələsini müzakirə edəcəklər

204

Hurriyyet.org xəbər verir ki, Rusiyanın 20 nəfərdən ibarət geniş tərkibli  nümayəndə heyətinin bu gün Qarabağda atəşkəsdən sonra görüləcək işləri müzakirə eləmək üçün Ankarada olacağı bildirilir.  Bölgədə görüləcək işlərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi ilə danışıq aparılacaq.

Günortadan sonra Türkiyənin Milli Müdafiə Nazirliyi ilə görüş keçiriləcək.

Hərbi rəhbərliyin keçirəcəyi görüşdə razılaşma çərçivəsində taktiki və texniki olaraq hansı tərəfin harada duracağı, neçə nəfər olacağı, necə fəaliyyət göstrəcəyi müzakirə ediləcək.