“Rusiya Nikol Paşinyanın strateji cəhətdən hakimiyyətdə qalmasında maraqlı deyil, amma…” – MƏHƏMMƏD ƏSƏDDULLAZADƏ

216

Qarabağ müharibəsi göstərdi ki, Ermənistan hakimiyyəti yalnız papurizmlə məşğul olur. Bir daha sübut olundu ki, Ermənistanda hakimiyyət ölkəni nə müharibə vəziyyətində, nə də fövqəladə vəziyyətdə idarəetmə qabiliyyətinə malik deyildir. Bu da ölkədə siyasi böhranın və xaosun yaşanmasına gətirib çıxarır”

Belə bir açıqlama ilə çıxış edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə Hurriyyet.org-a bildirib ki, Paşinyanın müxalifət liderlərinə qarşı repressiyası və həbs dalğası heç də onun ölkədə hakimiyyətinin gücləndirilməsinə gətirib çıxarmayacaq:

“Ermənistanın Qarabağda hərbi məğlubiyyəti artıq ölkə daxilində siyasi böhrana yol açmaqdadır. Parlament fraksiyasında istefalar var. Bundan əlavə, hökümətin müəyyən üzvləri Nikol Paşinyanın bəyannaməyə imza atdığı üçün istefa verir. Eyni zamanda, İrəvan küçələrində müxalifətin etirazları davam edir. Bu onu göstərir ki, Ermənistandakı vəziyyət qeyri-stabilliyə doğru gedir. Belə olan vəziyyətdə, Nikol Paşinyanın hakimiyyətdə qalması qeyri-mümkün ola bilər. Hazırda müəyyən müxalifət liderləri Paşinyanın istefasında qərarlı olduğunu bildirirlər. Düşünürəm ki, Paşinyanın müxalifət liderlərinə qarşı repressiyası və həbs dalğası heç də onun ölkədə hakimiyyətinin gücləndirilməsinə gətirib çıxarmayacaq. Artıq, erməni əhalisi və vətəndaşları da ciddi şəkildə Paşinyana kaputilyasiyaya imza atdığı üçün ona qarşı etirazlarını bildirirlər. Baxmayaraq ki, müəyyən qurupların ona etimadı var idi. İki il ərzində o müəyyən etimad mühitini formalaşdırıb. Amma, Qarabağ məsələsində həmin etimadı və dəstəyi də itirməkdədir. Rusiya da Ermənistan qoşunlarının işğal etdiyi torpaqları boşaltmasıyla bağlı dekrabrın 1-nə qədər vaxt verib. Müəyyən məsələlər də var ki, Ermənistanda daxili siyasi vəziyyətə təsir göstərə bilər. Rusiya Nikol Paşinyanın strateji cəhətdən hakimiyyətdə qalmasında maraqlı deyil. Amma, taktiki gedişdə onun hələ ki, hakimiyyətdə qalmasını istəyir. Çünki, Qarabağ məsələsində bir sıra müəyyən detallar həll edilməlidir. Bu baxımdan, Rusiya Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Düşünürəm ki, bu məsələlər həll edildikdən sonra, Paşinyanın hakimiyyətdən getməsi labüddür. O nə ölkə iqtisadiyyatını, nə də hərbi infrastrukturu dirçəldə bildi. Qarabağ müharibəsi göstərdi ki, Ermənistan hakimiyyəti yalnız papurizmlə məşğul olur. Bir daha sübut olundu ki, Ermənistanda hakimiyyət ölkəni nə müharibə vəziyyətində, nə də fövqəladə vəziyyətdə idarəetmə qabiliyyətinə malik deyildir. Bu da ölkədə siyasi böhranın və xaosun yaşanmasına gətirib çıxarır. Hazırda ölkə daxilində çox ciddi siyasi intiriqalar davam edir. Paşinyan müxalifət liderlərini həbs etdirsə də, məhkəmə onları həbsdən çıxarır. Düşünürəm ki, belə məsələlər hakimiyyətin güclənməsinə gətirib çıxartmayacaq. Bir müddətdən sonra Ermənistanda siyasi hakimiyyətin dəyişməsi labüddür”.

YƏHYA