Rusiya muzdlularını aparan vertolyot Liviyada parça-parça oldu

51

Hurriyyet.org xəbər verir ki, Liviya ordusu Sukne rayonunda Rusiyanın muzdlu hərbçilərinin olduğu vertolyotun yerə düşdüyünü bildirib.

Sirte və Cufra Ortaq Əməliyyat Dairəsinin mətbuat nümayəndəsi general Əbdülhadi Dırahın açıqlamasında Cufra Hava Bazasının yaxınlığında yerləşən Sukne rayonunda yerli vaxtla saat 08.00 radələrində qəzaya uğrayan vertolyotun Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus muzdluları apardığı bildirilir.

Vertolyot yerə çırpılarkn içərisindəki hərbi sursat da partlayıb.