Rusiya Müdafiə Nazirliyi: “Stepanakertdə ərzaq tədarükü ilə bağlı çatışmazlıq yoxdur

279

Rusiyanın Cənubi Qafqazdakı son ümidi – Xankəndi
Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Xankəndində yaşayan ermənilərin ərzaq təminatında çatışmazlıq olmadığını bildirib. Rusiya MN Xankəndində yaşayış evlərinin və sosial obyektlərin elektrik və su təchizatını bərpa işlərinin davam elədiyini, ərzaq təminatının axsamadığını, çörəkbişirmə sexinin tam gücü ilə fəaliyyətini bərpa elədiyini bildirib. RF MN açıqlamasında deyilir: “Hazırda Stepanakert (Xankəndi – red.) şəhərində un tədarükü və digər təsərrüfat mallarının çatdırılmasında problem yoxdur. Yaxınlıqdakı yaşayış məntəqələrinə çörək çatdırılması işi də təşkil olunub. Ucqar yaşayış məntəqələri ilə kommunikasiya və ictimai nəqliyyatın işi öz axarına qayıdıb, mağazalar işləməyə başlayıb”.