Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat YAYDI

189

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

 

O əlavə edib ki, sülhməramlı əməliyyatların keçiriləcəyi ərazilərdə müşahidə postlarının qurulması başa çatıb. Postlarda vəziyyətin 24 saatlıq monitorinqi aparılır.

 

Noyabrın 10-dan sülhməramlı qüvvələrin və texnikanın gətirilməsi üçün 140-dan çox reys həyata keçirilib.