Rusiya MN: “Son günlərdə 1,7 min nəfərdən artıq ermənini Xankəndinə qaytarmışıq”

144

Sülhməramlı, yoxsa Qaçqınlar Komitəsi?

Hurriyyet.org xəbər verir ki, erməniləri qaytaran növbəti 24 avtobusdan ibarət karvan Dağlıq Qarabağda yerləşən Xankəndi şəhərinə daxil olub.

Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında 17 noyabr  daha 502 nəfər erməninin Xankəndinə qayıtdığı deyilir: “İrəvandan gələn 24 avtobusdan ibarət karvan Rusiyanın sülhməramlılarının və hərbi polisin müşayiəti ilə Stepanakert şəhərinin baş meydanına çatıb”. Ümumilikdə 14 noyabr tarixindən bəri 1,7 min nəfərdən çox erməninin Xankəndinə qaytarıldığı bildirilir.

Şəhərdə general-mayor Andrey Bolkovun rəhbərliyi ilə operativ mərkəz yaradılıb.