Rusiya MN: “2,6 min ermənini Dağlıq Qarabağa qaytarmışdıq”

1266

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir: “2020-ci il 18 noyabr tarixində Dağlıq Qarabağa Ermənistan Respublikası ərazisindən daha 936 qaçqın qaytarılıb. 14 noyabr tarixindən Stepanakert (Xankəndi – red.) şəhərinə 2,6 min nəfərdən artıq sakin qaytarılıb”.

Açıqlamada ermənilərlə dolu avtobusların təhlükəsizliyinin Rusiya hərbçiləri tərəfindən təmin olunduğu bildirilir.