Rusiya İngiltərəyə NOTA VERDİ: “Sanksiya ilə cavab verəcəyik”

69

Hurriyyet.org xəbər verir ki, Rusiya İngiltərənin sanksiya qərarına qarşılıq olaraq kəskin cavab sanksiyaları tətbiq edəcəyini bəyan edib.

İngiltərənin Xarici İşlər Nazirliyi “Matrosskaya tişina” həbsxanasında dünyasını dəyişmiş, “Hermitage Capital Management” fondunun vəkili olan  Sergey Maqnitski və İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının ölümləri ilə bağlı şəxsi sanksiya siyahılarını açıqlamışdı.

İngiltərənin sanksiya siyahısına Sergey Maqnitskinin ölümündə əli olduğu iddia edilən 25 nəfər Rusiya vətəndaşı ilə Camal Kaşıkçının ölümündə ittiham edilən 22 nəfər Səudiyyə Ərəbistanı vətəndaşının adı salınıb.

Rusiya bu qərarın qarşılığında İngiltərəyə sanksiyalar tətbiq ediləcəyini bəyan edib.

Hurriyyet.org