Rusiya ilə Pakistan hərbçiləri birgə təlim keçiriblər

42

Hurriyyet.org xəbər verir ki, Rusiya ilə Pakistan “Dostluq-2020”  birgə hərbi təlimlərinə başlayıblar. Bu barədə açıqlamanı Rusiyanın Cənub Hərbi Dairəsi verib: “Dostluq-2020” təlimləri 5-21 noyabr tarixində Tarbela yaşayış məntəqəsindəki xüsusi əməliyyat qüvvələrinin poliqonunun ərazisində, həmçinin Pabbidəki Milli əks-terror mərkəzinin bazasında beynəlxalq hərbi əməkdaşlıq planına uyğun olaraq keçiriləcəkdir. Təlimlərin hədəfi Rusiya Federasiyası ilə Pakistanın Silahlı Qüvvələri arasındakı hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsidir”.

Təlimlərə Rusiya və Pakistandan olan 150 nəfərdən artıq hərbçi, o cümlədən Cənub Hərbi Dairəsinin Stavropolda yerləşən 49-cu xüsusi təyinatlı bölmələri cəlb olunub.