Rusiya ilə Almaniya arasında GƏRGİNLİK! – Kəşfiyyat idarəsi məxfi sənədləri ələ keçirib

16

Hurriyyet.org xəbər verir ki, Almaniyada dərc edilən “Der Şpigel” jurnalı federal polisə istinad edərək, Rusiyanın QRU hərbi kəşfiyyat xidmətinin Almaniya parlamentinə qarşı 2015-ci ildəki virtual hücumu zamanı Angela Merkelin seçki bürosundan bir çox elektron poçtu ələ keçirdiyini bildirib.

“Der Şpigel” Merkelin ofisindəki iki elektron poçtdakı 2012-ci ildən 2015-ci ilə qədər  yazışmalarının kompüter quldurların əlinə keçdyini və hakerlərin hər iki poçt qutusunu başqa bir kompüterə kopyaladıqlarını yazıb.

Almaniyanın Federal Məclis sistemlərinin 2015-ci ilin may ayında haker hücumuna məruz qaldığı əvvəllər də bildirilmiş, lakin hansı məlumatların oğurlandığı müəyyənləşdirilməmişdi.

Hurriyyet.org