Rusiya hipersonik silahı işə saldı – Putin canlı yayımda çıxış etdi

120

Hurriyyet.org xəbər verir ki, son illərdə ard-arda hipersonik raketləri sınaqdan keçirən və dünyaya meydan oxuyan Rusiya dünən yeni bir test keçirib. Rusiyanın Qələbə günü ilə birlikdə ən böyük hərbi mərasimlərindən biri olan Dəniz Qüvvələri Günü Sankt-Peterburq və digər şəhərlərdə qeyd edilib.

Dünən səhər saatlarında Rusiya prezidenti Sankt Peterburqdakı meydanda  hərbi paradın açılışını edib.  AP informasiya agentliyinin bildirdiyinə görə, paradda 46 hərbi gəmi və 4 min hərbçi iştirak edib. Rusiyanın Avropadakı ərazisi Kalininqradda isə sualtı Aleksin gəmisi ard-arda raketlər atıb. İşğal altında olan Krımdakı mərasimlərdə suda və quruda gedə bilən zirehli texnika nümayiş etdirilib.

Sankt-Peterburqda donanmaya müraciətlə çıxış edən Rusiya prezidenti Rusiya Dəniz Qüvvələrinin yaxın zamanda hipersonik nüvə silahlarına sahib olacağını bildirib. Putin yeni nəsil nüvə silahlarının “bənzərsiz” olduğunu, dünyanın hər yerini vura biləcəyini söyləyib. Putin deyib: “Çox dərinlərdə, çox-çox dərinlərdə, qitələrarası mənzildə, sualtılardan, ən son model torpedolardan, ən sürətliləri də daxil olmaqla, gəmilərdən bir neçə qat daha sürətli sualtıların hazırlandığını deyə bilərəm. Səsləri azdır, yüksək manevr qabiliyyətinə malikdirlər”.

Rusiyanın informasiya agentlikləri tərəfindən yayılan digər bir xəbərdə isə Poseydon dronlarını daşıyacaq ilk sualtı gəmi olan Belqorodun sınaqlarının başa çatmaqda olduğu yazılır

Tsirkon adlı hipersonik dəniz raketinin də qısa müddət ərzində hərbi gəmilərə yerləşdirilməsi gözlənilir.

Rusiyanın dövlət mediası Tsirkon raketinin dünən səhər Admiral Qorşkov freqatından atılaraq, ölkənin cənubunda sınaqdan keçirdirildiyini bildirib.

Hurriyyet.org