Rusiya hərbi təyyarələri İdlibi bombalayıb

66

Hurriyyet.org xəbər verir ki, Rusiya hərbi təyyarələri Suriyanın atəşkəs elan edilmiş İdlib şəhərinə, Meret Mısrin və Şeyx Bahr kəndlərinə havadan hücumlar həyata keçirib.

Suriya İnsan Hüquqları Müşahidə Evi beş dəfədən artıq ard-arda hücumlar olduğunu bildirib. Ölənlər və yaralananlar barəsində açıqlama verilməyib.

Rusiyanın hərbi təyyarələri axırıncı dəfə 3 avqust tarixində İdlibə hücum eləmiş, çox sayda dinc vətəndaşın ölümünə səbəb olmuşdu.