Rusiya hərbçilərinin qalmaqallı addımı. Terrorçuları təltif elədilər

63

Hurriyyet.org xəbər verir ki, Suriyanın Ayn əl Ərəb şəhərinə yollanmış Rusiya hərbi heyəti PYD terror təşkilatının qurulmasının 17-ci ildönümünü təbrik edib və fəxri fərmanla təltif edib. Terror təşkilatına yaxın olan sosial hesablarda Rusiya hərbçiləri ilə terrorçuların qalmaqallı görüşündən fotolar paylaşılıb.

Suriyada ABŞ qüvvələrinin çəkildiyi bölgələrə yerləşən Rusiya hərbçilərinin YPG terror təşkilatı ilə fəal əməkdaşlıq elədiyi xəbər verilir.