Rusiya hərbçiləri Suriyada YARARLANIB

156

Rusiyanın hərbi polisinin 3 əməkdaşı Suriyada, İdlib deeskalasiya zonasında atəş nəticəsində yüngül xəsarətlər alıb.

Bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.

Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur. \\Report