Rusiya həkimləri Paşinyanı yoxlayırlar

384

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, həkimlər Rusiya paytaxtına vacib danışıqlarda iştirak etmək üçün getməli olan yüksəkvəzifəli erməni məmurlarından koronovirusla bağlı qan nümunələri götürməlidirlər.

Məlumata görə, bir qrup səhiyyə işçisi artıq baş nazir Paşinyanın qərargahındadır. Paşinyandan analiz üçün qan nümunəsi götürülüb. İkinci qrup Yerevan mehmanxanalarından birində qalır.

Onlar Moskvaya uçmalı olan Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və baş nazir aparatının daha 6 əməkdaşını testdən keçirməlidirlər.

Xatırladaq ki, daha əvvəl Rusiya KİV-i diplomatik mənbələrə istinadən yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumat vermişdi.