Rusiya Həftər sıralarına min nəfər muzdlu əsgər göndərir

81

Hurriyyet.org xəbər verir ki, Suriyadan Liviyaya göndəriləcək muzdlulara ayda 2000 dollar maaş ödəniləcək. “Anadolu Agentliyi”nin verdiyi məlumata görə, Rusiyanın Suriyadan qiyamçı general Həftər tərəfdarlarına dəstək üçün göndərdiyi muzdlu döyüşçülərin sayı 5 000 nəfərə çatıb.

Son olaraq isə, Rusiya Suriyanın şimal-şərqindəki Kamışlı rayonundan min nəfəri Xəlifə Həftər sıralarında döyüş üçün səfərbər edib.